UNESCO-nun fakt araşdırıcı missiyası Artsaxa göndərilməlidir: ER xarici işlər nazir müavini

UNESCO-nun fakt araşdırıcı missiyası Artsaxa  göndərilməlidir: ER xarici işlər nazir müavini

Martın 25-də ER xarici işlər naziri müavini Artak Apitonyan UNESCO-nun baş direktorunun ofisinin sədri Nikola Kasianides ilə görüşüb. 

Tərəflər Dağlıq Qarabağ münaqişə zonasında erməni tarixi və dini irsinin qorunması məsələsinə və bu kontekstdə Artsaxa UNESCO tərəfindən fakt araşdırıcı missiyasının göndərilməsinə toxunublar.  

ER xarici işlər nazir müavini vurğuladı ki, Artsaxın Azərbaycanın nəzarətinə keçmiş  ərazilərdə erməni mədəni, dini irsinin qorunması üçün addımlar atılmalıdır. Azərbaycan tərəfi qəsdən ermənilərin abidələrini məhv edir.  

Artak Apitonyan  erməni mədəni və dini irsinə qarşı Azərbaycan tərəfinin son vandalizm aktına toxunub. 

“BBC informasiya agentliyinin yaydığı videoda görünür ki, Mexakavan yaşayış məntəqəsinin yaxınlığındakı Müqqədəs Zoravar Astvatsatsin kilsəsini tamamilə məhv olunub”,- deyə nazir müavini qeyd etdi. 

ER xarici işlər naziri vurğuladı ki, Azərbaycan tərəfindən UNESCO-nun fakt araşdırıcı missiyasının Artsaxa getməsinə mane törədilməsi ciddi narahatlıqlara səbəb olur.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT