Qarabağ müharibəsində Kanadanın PUA-lar texnologiyasından istifadə olunub: The Jerusalem Post

Qarabağ müharibəsində Kanadanın PUA-lar texnologiyasından istifadə olunub: The Jerusalem Post

Kanada hökuməti, keçən il PUA-ların texnologiyası Türkiyəyə satdı və Azərbaycanın 2020-ci ildə Ermənistana qarşı müharibəsi zamanı bundan istifadə etdi.

“The Jerusalem Post” yazır ki, sənədlərə görə, Tryudonun hökuməti pilotsuz uçuş aparatları t üçün nəzərdə tutulan “Wescam” optikasını Türkiyəyə təhvil verdi.

Qəzet qeyd edir ki, Kanada 2019-cu ildə Türkiyəyə silah satışını dayandırdı, ancaq 2020-ci ildə Kanada Baş Nazirinin Türkiyə prezidenti ilə görüşündən sonra ehtiyat hissələrinin satışını davam etdi. 

2020-ci ildə Qarabağ müharibəsi zamanı çox sayda Türkiyə istehsalı olanPUA-lardan istifadə olunub.  Pilotsuz uçuş aparatlarının istifadəsi böyük yanğınlara səbəb olub.

Dağlıq Qarabağ müharibəsində PUA-lar texnologiyalarından istifadə etdikləri üçün sadəcə Kanada və Türkiyə deyil, İsrail də tənqid olunub. Müharibə zamanı İsrail istehsalı olan “ORBİT1” və “Harop” PUA-larından da istifadə olunub.

 Qəzet yazır ki, Ermənistan hakimiyyəti İsrail pilotsuz təyyarələrinin düşmənə satılması ilə bağlı kəskin narazılığını bildirdi.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT