Ara Ayvazyan, erməni əsirlərinin vətənə qaytarılması baxımından Azərbaycanın humanitar öhdəliklərin pozmasını qınayıb

Ara Ayvazyan, erməni əsirlərinin vətənə qaytarılması baxımından Azərbaycanın humanitar öhdəliklərin pozmasını qınayıb

Martın 19-da ER Xİ naziri Ara Ayvazyan video formatında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet ilə söhbət edib. 

Söhbət zamanı iki tərəfdən Ermənistan ilə BMT-nin İnsan haqları ofisi arasında mövcud  sıx məkdaşlığı vurğulanıb. Bununla bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı BMT-nin İnsan hüquqları üzrə Şurasının üzvü olan Ermənistanın insan hüquqları gündəminin inkişafında rolunu yüksək qiymətləndirib.

Gündəliyin əsas mövzularından biri münaqişə vəziyyətində insan hüquqlarının qorunması idi. Xİ  naziri Artsaxdakı humanitar vəziyyət və təcili məsələlərin həlli üçün atılan addımlar barədə Ali Komissara məlumat verib. Tərəflər humanitar yardım prosesinin siyasiləşməsindən və süni əngəllərin yaranmasından narahatlıqlarını ifadə ediblər.

ER Xİ naziri və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı beynəlxalq humanitar hüquqları pozuntularının davamlı olaraq istisna edilməsinin vacibliyini vurğulayıb. Bu çərçivədə nazir Ayvazyan, Azərbaycan tərəfindən, xüsusən də erməni əsirlərinin və girovlarının dərhal vətənə qaytarılmasını baxımından humanitar öhdəliklərinin qəsdən pozulmasını qınayıb.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT