logo

Böyük Britaniyan-Ermənistan Parlament Dostluq Qrupunun sədri erməni əsirləri məsələsi ilə bağlı öz hökumətinə müraciət edib

Böyük Britaniyan-Ermənistan Parlament Dostluq Qrupunun sədri erməni əsirləri məsələsi ilə bağlı öz hökumətinə müraciət edib

Böyük Britaniyanın  parlamentindəki bütün partiyaları təmsil edən Böyük Britaniyan- Ermənistan Parlament Dostluq Qrupunun sədri Tim Louton, Ermənistanın İnsan Hüquqları Müdafiəçisi ilə görüşdən sonra erməni əsirlərinin məsələsi ilə bağlı  Birləşmiş Krallığın hökumətinə müraciət edib. Bu barədə Ermənistan Ombudsman Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Böyük Britaniyanın yüksək səviyyəli məmurlarının iştirakı ilə keçirilən görüş, keçən həftə, martın 8-də Böyük Britaniyanın Hay Dat Komitəsi tərəfindən təşkil edilib və Arman Tatoyan əsirlərin dərhal sərbəst buraxılmasını tələb edən beynəlxalq humanitar və insan hüquqları qaydalarını ətraflı təqdim edib, eləcə də qeyd edib ki, davam edən hərbi əməliyyatlarda onları "terrorçu" kimi təsvir edərək beynəlxalq humanitar hüququn və hərbi əsirlərin hüquqlarının pozulmasıdır.

Ombudsman 2020-ci ilin sentyabr-noyabr aylarında müharibə zamanı Azərbaycan silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlər (baş kəsmə, işgəncə, cəsədlərin alçaldılması və s.) barədə məlumat verib.

Ermənistan sərhədləri ilə əlaqəli prosesə toxunan Arman Tatoyan öz yeni komsepsiyasını təqdim edib, odur ki, xalqın təhlükəsizliyini təmin etmək üçün Syunikdə silahsızlaşdırılmış təhlükəsizlik zonası yaradılmalıdır. Bu yeni yanaşmanı əsaslandıran konkret dəlillər, faktlar təqdim edilib.

Ermənistan Ombudsmanı ilə Artsaxa birgə səfər etmiş və Azərbaycanın törətdiyi müharibə cinayətlərini sənədləşdirmiş Kerolayn Koks, martın 11-də Böyük Britaniya parlamentində sual-cavab zamanı erməni əsirlərinə qarşı Azərbaycanın qeyri-insani rəftarına və müharibə zamanı qadağan edilmiş silahların istifadəsinə dair məsələni qaldırıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT