Kreml ABŞ prezidentinin Putin barədə dediklərinə sərt reaksiya verib

Kreml ABŞ prezidentinin Putin barədə dediklərinə sərt reaksiya verib

RF prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putin barədə dediklərinə sərt reaksiya verib, bu sözləri “çox pis” adlandırıb. Məlumatı “RİA Novosti” yayıb.

“Aydındır ki, o, ölkəmizlə münasibəti yoluna qoymaq istəmir və biz bundan çıxış edəcəyik”–  deyə Peskov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Rusiya-Amerika münasibətləri tarixində belə ifadə olmamışdı.

Qeyd edək ki, KİV-lərə görə, jurnalistin Rusiya prezidentini qatil hesab edirmi sualına Bayden “bəli” cavabını verib. O, Putini qəlbsiz adlandıraraq deyib ki, Rusiya noyabrda Birləşmiş Ştatlarda prezident seçkisinə iddia olunan müdaxiləyə görə “bədəl ödəyəcək”.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT