Artsax Parlamentində itkin düşmüş şəxslər barədə ER-nın qanun layihəsinin qəbulu müzakirə olunub

Artsax Parlamentində itkin düşmüş şəxslər barədə  ER-nın qanun layihəsinin qəbulu müzakirə olunub

Martın 16-da Artsax Respublikası Parlamentinin sədri ER Parlamentinin "Mənim Addımım" fraksiyasının deputatı Nazeli Bağdasaryanı qəbul edib.

Görüşdə  Artsax Parlamentinin sədri Artur Tovmasyan Nazeli Bağdasaryanın Artsaxa növbəti səfərini, habelə iki erməni respublikasının parlamentləri arasında əməkdaşlığın aktivləşdirilməsini alqışlayıb.

Sonra görüş geniş tərkibdə davam edib. Nazeli Bağdasaryan, "İtkin  düşmüş şəxslər haqqında" ER-nın qanun layihəsinin qəbul edilməsinin məqsədəuyğunluğuna və zəruriliyinə toxunub.

Nazeli Bağdasaryan itkin düşənlərin hüquqi vəziyyəti ilə bağlı sualları cavablandırıb və əminliklə bildirib ki, deputatların təklifləri ilə bağlı müzakirələr mütləq aparılacaq.

Hər iki tərəf bu formatda görüşləri mühüm sayaraq, ümid bildirib ki, bu görüşlər davamlı olacaq.

İclasda Parlamentin sədrinin müavini, deputatları  iştirak ediblər.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT