Artsaxda erməni hərbi əsirlərin vətənə qaytarılması məsələsi müzakirə edildi

Artsaxda erməni hərbi əsirlərin vətənə qaytarılması məsələsi müzakirə edildi

Artsax Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini müvəqqəti icra edən Arsen Saracyan və Ombudsman Aparatının İcra katibi Geğam Stepanyan 12 mart tarixində Ermənistan Respublikasının Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Yeğişe Kirakosyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Görüşdə hər iki tərəf iki struktur arasında 2020-ci il sentyabrın 27-dən Artsax xalqına qarşı Azərbaycan tərəfindən başladılan müharibə zamanı və ondan sonra aparılmış səmərili iş birliyinin vacibliyini vurğuladı və qeyd etdi ki, bu əməkdaşlıq beynəlxalq platformalarda, xüsusən də Avropa Məhkəməsində Artsax xalqının hüquqlarının pozulması mövzusunu gündəmə gətirməyə imkan yaratdı.

Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin, mülki şəxslərin hüquqlarının qorunması və onların vətənlərinə qaytarılması məsələsi də müzakirə edildi.

Mülki əhali arasında olmuş itkilərin yaxınlarının, mülki yaralıların hüquqlarının, habelə köçkünlərin mülkiyyət hüquqlarının qorunmasına xüsusi diqqət yetirildi.

Tərəflər Artsax xalqının hüquqlarının lazımi şəkildə qorunmasını təmin etmək üçün əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirdilər.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT