Armen Sargsyan əsirəlrin, itkin düşənlərin məsələsində beynəlxalq tərəfdaşların dəstəyini mühüm sayıb

Armen Sargsyan əsirəlrin, itkin düşənlərin məsələsində beynəlxalq tərəfdaşların dəstəyini mühüm sayıb

Bu gün ER Prezidenti Armen Sargsyan Estoniya tərəfinin təşəbbüsü ilə Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayd ilə telefon danışığı aparıb.

Estoniya Prezidenti Armen Sargsyanı sağalmasını diləyib.

Prezidentlər Sargsyan və Kalyulayd ikitərəfli əməkdaşlığın prespektivlərinə dair fikir mübadiləsi aparıblar, eləcə də iki ölkədəki epidemiya vəziyyəti, koronavirusla mübarizə və bunun qarşısının alınması tədbirləri barədə danışıblar.

Tərəflər müharibədən sonra yaranan vəziyyətə, yeni çağırışlara humanitar və bir sıra digər məsələlərə toxunublar. Prezident Sargsyan Azərbaycanda saxlanılan erməni əsirlərin geri qaytarılması və itkin düşmüş şəxslərin axtarışı məsələsini əsas hesab edərək, Ermənistanın bu vacib məsələlərin həllində beynəlxalq tərəfdaşların dəstəyini gözlədiyini vurğulayıb. Eyni zamanda, prezident Armen Sargsyan müharibə zamanı və müharibədən sonra Avropa Birliyi və Şimali Atlantika İttifaqının mövqeyindən narahatlığını bildirib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT