logo

ATƏT sədri Yerevan və Bakıya səfər etməyi planlaşdırıb

ATƏT sədri Yerevan və Bakıya səfər etməyi planlaşdırıb

BMT Təhlükəsizlik Şurasının iclasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri Ann Linde, Dağlıq Qarabağda silahlı toqquşmaların sona çatmasını alqışlayıb və bildirib ki,  gələn həftə Yerevan və Bakıya səfər edəcək.

"İndi davamlı sülh həllinə nail olmaq üçün bu andan istifadə edib səyləri gücləndirməliyik"- deyə Ann Linde qeyd edib. O xatırladıb ki, Minsk Qrupu çərçivəsində bu prosesi idarə etmək üçün ATƏT beynəlxalq mandata sahibdir.

Linde deyib ki, hazırkı sədr olaraq, sülh prosesinin irəliləməsi səylərini dəstəkləyir və bu məqsədlə gələn həftə Yerevana və Bakıya səfər edəcək.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT