ER Baş Qərargah rəisi vəzifəsindən azad edildi: Nikol Paşinyan

ER Baş Qərargah rəisi vəzifəsindən azad edildi: Nikol Paşinyan

Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan vəzifəsindən azad edildi. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın bildirilib.

Fevralın 25-də ER Prezidenti Armen Sarkisyan Onik Qasparyanın vəzifəsindən azad olunması ilə bağlı Baş nazir Aparatına etiraz göndərib. Prezidentin verdiyi etirazları baş nazir qəbul etməyib və fevralın 28-də prezidentə təkrar məktub göndərilib. 

“Prezidentin baş nazir tərəfindən təqdim olunan layihəni imzalamamasını və "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında"  ER qanunun 35.1-ci maddəsinin 3-cü hissəsində qeyd olunan müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməməsini nəzərə alaraq Konstitusiyanın 139-cu maddəsinin 3-cü hissəsini, habelə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” ER qanununun 35.1-ci maddəsinin 6-cı hissəsini və 40-cı maddəsinin 3-cü hissəsini əsas  götürərək 2021-ci ilin martın 10-dan etibarən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyan vəzifəsindən azad edilmiş hesab olunur”, - deyə Baş nazir Aparatının bəyanatda qeyd olunur. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT