Yerevanda keçirilən brifinqdə İranın xarici işlər naziri Abbas Əraqçi erməni dostları ilə sıx əlaqədə olduqlarını və onlara etibar etdiklərini bildirib.
“Bilirik ki, onlar İranın təhlükəsizliyinə qarşı heç nə etmirlər. Buna görə də Ermənistan hakimiyyəti ilə məsləhətləşmələrimizi davam etdiririk. Çox yaxşı dostum, Ermənistanın xarici işlər naziri Tehranda idi. Yaxşı məsləhətləşmələr apardıq. Biz sıx əlaqədəyik”, - Əraqçi TRIPP ilə bağlı mümkün narahatlıqlar məsələsinə toxunaraq bildirib.
O qeyd edib ki, İran prezidentinin bu gün Ermənistanın baş naziri ilə görüşü gözlənilir.










