Oktyabrın 13-də Varşava Təhlükəsizlik Forum çərçivəsində Ermənistan Respublikasının xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Ukraynanın xarici işlər naziri Andriy Sibixa ilə görüşüb. Bu barədə Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyindən məlumat verilib.
Həmsöhbətlər siyasi dialoqun dinamik davamlılığını vurğulayaraq, Ermənistan–Ukrayna ikitərəfli münasibətlərinin inkişaf imkanlarını müzakirə ediblər.

Ararat Mirzoyan və Andriy Sibixa iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinin mümkün variantlarına toxunublar.
Çoxtərəfli platformalarda təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq və regional proseslərə, mövcud problemlərin həlli və sülh imkanlarına da toxunulub.










