21 sentyabrda Ermənistan Respublikası müstəqilliyinin 35-ci ildönümünü qeyd edir

21 sentyabrda bütün ermənilər Ermənistan Respublikasının Müstəqillik Gününü qeyd edirlər. Ermənistanın Müstəqillik Bəyannaməsi 23 avqust 1990-cı ildə Ali Şuranın iclasında qəbul edilib.
35 il əvvəl, 21 sentyabr 1991-ci ildə Ermənistanda SSRİ-dən ayrılmaq məsələsi ilə bağlı referendum keçirilib və bu referendumda iştirak etmək hüququ olan 2.056.758 vətəndaşın 94,39%-i müstəqilliyə "hə" deyib.
23 sentyabrda Ermənistan Respublikasının Ali Şurası referendumun nəticələrini ümumiləşdirərək Ermənistan Respublikasını müstəqil dövlət elan edib.