Vahan Kostanyan və Fələstinin Xİ və dövlət naziri mümkün birgə proqramlar barədə fikir mübadiləsi aparıblar

Vahan Kostanyan və Fələstinin Xİ və dövlət naziri mümkün birgə proqramlar barədə fikir mübadiləsi aparıblar

Nyu-Yorkda keçirilən “İki dövlət prinsipi əsasında Fələstin məsələsinin sülh yolu ilə həlli”nə həsr olunmuş nazirlər konfransı çərçivəsində Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan Fələstin Dövlətinin Xİ və dövlət naziri Varsen Ağabekyan ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər ikitərəfli münasibətlərin gedişinə toxunub, mümkün birgə proqramlar ətrafında fikir mübadiləsi aparıblar. Ermənistan Diplomatik Məktəbi tərəfindən xarici diplomatlar üçün həyata keçirilən təlim proqramında fələstinli diplomatların iştirakı məmnunluqla qeyd olunub.

Vahan Kostanyan və Varsen Ağabekyan Cənubi Qafqaz və Yaxın Şərqdə gedən proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT