logo

Ermənistan Azərbaycana ikitərəfli formatda görüşlər keçirməyi təklif edib: Xandanyan

Ermənistan Azərbaycana ikitərəfli formatda görüşlər keçirməyi təklif edib: Xandanyan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə təklif edib ki, XİN başçıları iki günlük görüş keçirsinlər. 

Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Sargis Xandanyan deyib.

"Bildiyimə görə, oktyabrın 7-8-də Moskvada keçirilən qeyri-rəsmi təmaslar zamanı baş nazir Paşinyan İlham Əliyevə ikitərəfli görüş təklif edib. Daha dəqiq desək, təklif edilib ki, XİN başçıları iki günlük görüş keçirsinlər, Sülh Müqavilənin razılaşdırılmamış bir və ya iki maddəsini razılaşdırsınlar, sonra isə Bakıda COP-29 keçirilənədək liderlər sazişi imzalasınlar. 

Düzünü desəm, Azərbaycanın reaksiyasından xəbərsizəm, amma ümid edirəm ki, bu məntiq həyata keçəcək", - deyə o qeyd edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT