Aİ ilə əməkdaşlığın dərinləşdirilməsinə dair gündəlikdəki məsələlər müzakirə edilib

Aİ ilə əməkdaşlığın dərinləşdirilməsinə dair gündəlikdəki məsələlər müzakirə edilib

Oktyabrın 1-də Varşava Təhlükəsizlik Forumu çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan Avropa Komissiyasının icraçı vitse-prezidenti, dəyərlər və şəffaflıq üzrə komissarı Vera Yurova ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.

Həmsöhbətlər Aİ ilə əməkdaşlığın dərinləşdirilməsinə dair gündəlikdəki məsələləri müzakirə ediblər. Sıx əməkdaşlıq nəticəsində əldə olunan son nailiyyətlər, eləcə də ER-Aİ tərəfdaşlığının yeni gündəliyinin hazırlanması üzrə aparılan müzakirələrin müsbət dinamikası məmnunluqla qeyd olunub.

ER Xİ naziri və Avropa Komissiyasının vitse-prezidenti insan hüquqlarının və qanunun aliliyinin qorunması, demokratik təsisatların gücləndirilməsi və bu istiqamətdə Aİ ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində ER-nin həyata keçirdiyi iddialı islahatların gedişi barədə fikir mübadiləsi aparıblar.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT