Fransa Xarici İşlər Nazirliyi vətəndaşları xüsusi zərurət olmadığı halda Azərbaycana getməməyə çağırıb

"Fransa vətəndaşları, o cümlədən ikili vətəndaşlığı olanlar, yaşayanlar və ya tranzit gedənlər Azərbaycanda həbs, özbaşına saxlanma və ədalətsiz məhkəmə çəkişməsi riski altındadır.
Bu risklə əsasən sadə turist səfəri və ya işgüzar səfər edən adamlar da üzləşə bilər. Həbs və ya saxlanma halında əsas hüquqlara hörmət təmin edilmir", - məlumatda deyilir.
Bundan əlavə, Ermənistanla sərhəd rayonlara, eləcə də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rayonlarına və ətraf rayonlara getmək qəti şəkildə tövsiyə edilmir.





