Vahan Kostanyan və Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar

Vahan Kostanyan və Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar

Sentyabrın 3-də Bled Strateji Forumu çərçivəsində ER xarici işlər nazirinin müavini Vahan Kostanyan Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marko Ştutsin ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.

Həmsöhbətlər Ermənistan-Sloveniya münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə ediblər. ER-Aİ hərtərəfli tərəfdaşlığı çərçivəsində əməkdaşlığın gücləndirilməsi və daha da dərinləşdirilməsi də vurğulanıb.

Regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir müavini Vahan Kostanyan həmkarına Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində baş verən son hadisələri təqdim edib.

Humanitar sahədə əməkdaşlığa da toxunulub.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT