XİN Rubinyan- Kılıç görüşünün təfərrüatlarını açıqlayıb

XİN Rubinyan- Kılıç görüşünün təfərrüatlarını açıqlayıb

İyulun 30-da iki ölkənin Marqara-Əlican sərhəd-keçid məntəqəsində Ermənistan və Türkiyə arasında nizamlanma prosesinin xüsusi nümayəndələri, Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan və səfir Serdar Kılıç arasında beşinci görüş keçirib. Bu barədə ER XİN məlumat yayıb.

 “Onlar əvvəlki görüşlərdə əldə olunan razılaşmaları bir daha təsdiqlədilər. Bundan başqa, Axurik/Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması üçün texniki ehtiyacların regional inkişafa uyğun qiymətləndirilməsi, eləcə də diplomatik/rəsmi pasport sahibləri üçün viza prosedurlarının qarşılıqlı asanlaşdırılması barədə razılığa gəliblər.

Sonda iki ölkə arasında tam nizamlanmanın yekun məqsədinə nail olmaq üçün heç bir ilkin şərt qoyulmadan nizamlanma prosesinin davam etdirilməsi ilə bağlı razılığı bir daha vurğulayıblar”,- XİN məlumatında deyilir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT