İran səfiri İran və Ermənistan arasında hərbi müqavilə bağlanması xəbərini təkzib edib

İran səfiri İran və Ermənistan arasında hərbi müqavilə bağlanması xəbərini təkzib edib

İranın Ermənistandakı səfiri Mehdi Sobhani İran və Ermənistan arasında hərbi müqavilə bağlanması xəbərini təkzib edib.

O, belə xəbərlərin dərc edilməsinin İran və region ölkələri arasında dostluq əlaqələrinin inkişafına təsir etmək məqsədi daşıdığına toxunaraq bildirib ki, İran Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması, eləcə də iqtisadi inkişafın tərəfdarıdır.

Qeyd edək ki, “İran İnternasional” İranın Ermənistanla 500 milyon dollarlıq gizli silah sazişi imzaladığı haqda məlumat yaymışdı.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT