logo

Bundestaqda hakim koalisiyasından olan deputatlar Azərbaycanda siyasi məhbusları azad etməyə çağırıblar

Bundestaqda hakim koalisiyasından olan deputatlar Azərbaycanda siyasi məhbusları azad etməyə çağırıblar

Almaniya Parlamentinin “İşıqfor” Koalisiyasının üzvləri, insan haqları siyasətçiləri Renata Alt (FDP), Boris Miyatoviç (Yaşıllar) və Frank Şvabe (SDP) Azərbaycanda Qubad İbadoğlunun və digər siyasi məhbusların azad edilməsinə dair açıqlama yayıblar.

Açıqlamada azərbaycanlı müxalif siyasətçi və iqtisadçı-alim Qubad İbadoğlu barəsində həbs qəti imkan tədbirinin dəyişdirilərək ev məhbusluğuna çevrilməsini alqışlanır.

“Lakin onun sağlamlıq durumu kəskin pisləşmiş, dərman təchizatında problemlər yaranmışdır. Odur ki, biz tələb edirik ki, həkimlər ona müntəzəm baş çəksin ona təcili ehtiyacı olan tibbi yardımı göstərilsin. Biz tələb edirik ki, diplomatik korpusun üzvlərinə və beynəlxalq jurnalistlərə məhkəmə iclaslarına giriş imkanı yaradılsın və məhkəmələr şəffaf keçirilsin”, - bəyanatda daha sonra deyilir.

Qubad İbadoğlu ilə yanaşı, İmran Əliyev, İlhamiz Quliyev və daha üç yüzə yaxın siyasi məhbusun azadlığa buraxılması, və yaxud  onlar üşün ən azı ədalətli və şəffaf məhkəmələr və humanist həbsxana şəraiti istənilir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT