Mirzoyan və Bayramov hələ də fikir ayrılıqlarının olduğu açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər

Mirzoyan və Bayramov hələ də fikir ayrılıqlarının olduğu açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər

2024-cü il mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar olub. Bu barədə ER XİN məlumat yayıb.

Nazirlər sərhədlərin delimitasiyasında irəliləyişi və bu istiqamətdə əldə olunan razılaşmaları alqışlayıblar.

Nazirlər və onların nümayəndə heyətləri “Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” ikitərəfli saziş layihəsinin müzakirəsini davam etdiriblər.

Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Səfər çərçivəsində nazirlər Qazaxıstanın Baş nazirinin müavini, Xarici İşlər naziri Murat Nurtleu ilə ayrılıqda və ikitərəfli görüşlər keçiriblər.

Nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT