logo

Azərbaycanda siyasi məhbusların sayı 300-ə yaxınlaşır

Azərbaycanda siyasi məhbusların sayı 300-ə yaxınlaşır

Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yeni siyahısını açıqlayıb. Dekabrın əvvəlində elan edilmiş əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 43 nəfər artaraq 288 nəfər olub.

Eyni zamanda, "Gəncə işi" üzrə 9 müttəhimin cəza müddəti başa çatdığına görə siyahıdan çıxarılıb.

"Jurnalistlər və blogerlər" qrupuna 9 yeni ad daxil olub və bu kateqoriyadan olan siyasi məhbusların sayı 20 nəfərə çatıb.

"Dindarlar" kateqoriyasına  25 yeni siyasi məhbus daxil olub. Hazırda onların sayı 208 nəfərdir.

Ümumilikdə, siyasi məhbuslar aşağıdakı qruplar üzrə təsnif edilib: "Jurnalistlər və blogerlər" - 22 nəfər; “Hüquq müdafiəçiləri” – 2; "Müxalifət partiyaları və hərəkatların üzvləri" – 22; "Almaniyadan deportasiya olunan siyasi mühacirlər" – 5; "Dindarlar” – 208;  "Tərtər işi üzrə məhkumlar" – 7; "Gəncə işi üzrə məhkumlar" – 13; "Ömürlük məhkumlar" - 11.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT