logo

Ermənistanın Amerikadakı səfirliyində ER Silahlı Qüvvələrinin yaradılmasının 32-ci ildönümü münasibətilə ziyafət təşkil olunub

Ermənistanın Amerikadakı səfirliyində ER Silahlı Qüvvələrinin yaradılmasının 32-ci ildönümü münasibətilə ziyafət təşkil olunub

Fevralın 9-da ER Silahlı Qüvvələrinin yaradılmasının 32-ci ildönümü münasibətilə Ermənistanın ABŞ-dakı səfirliyində ziyafət təşkil olunub.

Ermənistanın ABŞ-dakı səfirliyindən bildirilib ki, tədbirdə ABŞ Müdafiə Nazirliyinin (Müdafiə Nazirinin Ofisi, Müdafiə Kəşfiyyat İdarəsi, Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dəniz Korpusu, Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi, Milli Qvardiya Bürosu, Birləşmiş Qərargah), Dövlət Departamentinin, Hərbi Diplomatik Korpusun nümayəndələri iştirak edib. Tədbirdə iştirak etmək üçün Kanzas Milli Qvardiyasının nümayəndə heyəti də Vaşinqtona gəlib. 

Ermənistan Respublikasının və ABŞ-ın dövlət himnləri səsləndirildikdən sonra Ermənistan Respublikasının ABŞ-dakı hərbi attaşesi polkovnik A.Mkrtçyan, Ermənistan Respublikasının ABŞ-dakı səfiri L.Makunts, ABŞ müdafiə nazirinin müavini Lora Kuper çıxış ediblər”.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT