BQXK nümayəndələri Bakıda saxlanılan bütün ermənilərə, o cümlədən Dağlıq Qarabağın keçmiş prezidentlərinə baş çəkiblər

BQXK nümayəndələri Bakıda saxlanılan bütün ermənilərə, o cümlədən Dağlıq Qarabağın keçmiş prezidentlərinə baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvar ayının sonu və fevral ayının əvvəllərində Bakıda həbsdə olan erməni hərbi əsirlərə yenidən baş çəkiblər.

Azərbaycan KİV-in yaydığı məlumata görə, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Məlumatı BQXK-nın Ermənistan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zara Amatuni də təsdiqləyib və qeyd edib ki, BQXK nümayəndələri Bakıda saxlanılan bütün ermənilərə, o cümlədən Dağlıq Qarabağın keçmiş prezidentlərinə baş çəkiblər.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT