Aİ XİN başçılarının qeyri-formal iclası keçiriləcək

Aİ XİN başçılarının qeyri-formal iclası keçiriləcək

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-formal iclası keçiriləcək.

İclas fevralın 3-də Brüsseldə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin sədrliyi ilə baş tutacaq.

İclas çərçivəsində nazirlər Aİ-Afrika münasibətlərini, Aİ-nin Ukraynadakı müharibənin müxtəlif aspektlərini əks etdirən uzunmüddətli strategiyasını, blokun Ukraynanın müdafiəsinə və onun Aİ-yə üzvlük prosesində yardımını müzakirə edəcəklər.

Bildirilib ki, qeyri-rəsmi iclasın son tematik sessiyası Aİ-nin Türkiyə ilə münasibətlərinə həsr olunacaq.

"Nazirlərin Türkiyə ilə qarşılıqlı maraq və əməkdaşlıq potensialına əsaslanan, eləcə də daxili və regional çağırışları əks etdirən tərəfdaşlığın qurulması istiqamətində gələcək yolları müzakirə etmələri planlaşdırılır", - Aİ Şurasının yaydığı məlumatda bildirilib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT