Beynəlxalq təşkilatlar Azərbaycanda jurnalistlərin davam edən həbslərini pisləyir

Beynəlxalq təşkilatlar Azərbaycanda jurnalistlərin davam edən həbslərini pisləyir

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Riberio “AbzasMedia və Kanal 13 əməkdaşlarının son həbsləri, eləcə də onların qohumlarının təqib edilməsilə" bağlı narahatlığını bildirib, Turan agentliyi məlumat yayıb.

“Jurnalistlər repressiyalardan qorxmadan ictimai maraq kəsb edən mövzular haqqında reportaj hazırlamağı bacarmalıdırlar. Jurnalistika cinayət deyil”, -  o, X platformasındakı hesabında yazıb.

Öz növbəsində “Sərhədsiz reportyorlar” mətbuatı müdafiə təşkilatı  Azərbaycan  hakimiyyətini “jurnalist ovu”nu dayandırmağa və onları dərhal azad etməyə çağırıb.

Bununla onlar Elnarə Qasımova və Şahin Rzayevin həbsini şərh ediblər.

“Onlar noyabrın 20-dən sonra Azərbaycanda  həbs olunan jurnalistlər siyahısında 8-ci və 9-cu yerdədir.

“Sərhədsiz reportyorlar” Azərbaycan  hökumətini jurnalist ovunu dayandırmağa və onları dərhal azad etməyə çağırır”,  - təşkilatın X platformasındakı hesabında deyilir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT