Vaşinqton Ermənistan və Azərbaycan arasında sülh sazişini, davamlı və ləyaqətli sülhü dəstəkləyir

Vaşinqton  Ermənistan və Azərbaycan arasında sülh sazişini, davamlı və ləyaqətli sülhü dəstəkləyir

Bayden administrasiyasının Avropa və Avrasiya üzrə məsul rəsmisi bildirib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh sazişini, davamlı və ləyaqətli sülhü dəstəkləyir və daha çox kömək etmək istəyir.

Dövlət katibinin köməkçisi, səfir Ceyms O'Brayen Dövlət Departamentinin Brüssel Media Qovşağına zəngi zamanı jurnalistlərə deyib: "Biz [Azərbaycan və Ermənistanın] ikitərəfli əsasda möhkəm gündəliyə malik olmasından  və qalan məsələləri həll etmək əzmində olmadından çox ümidlənirik" .

"İşlənilməsi  üçün daha çox şey var və biz də onlara kömək edə bildiyimiz dərəcədə, dəstək olmaqdan məmnunuq" deyə O'Brayen bildirib.

ABŞ-ın hər iki ölkə ilə iqtisadi , təhlükəsizlik və siyasi sahələri  əhatə edən "tam əlaqələri" var və “biz onların hər ikisinin sülh razılaşmasından faydalanmasını istərdik". “Və biz bunun  ən məqbul olan şəkildə sona çatması üçün çalışacağıq”, amerikalı diplomat qeyd edib.

O, daha sonra əlavə edib: "Düşünürəm ki, bu, hər iki hökumətin öz xalqı üçün daha çox xidmət göstərməsi üçün daha bir gözəl fürsətdir. Ermənistanda islahatların gündəliyi çox təsir edicidir. Azərbaycan seçkilərə gedir  və mən bu ölkənin regional  iqtisadi inkişafa nə qədər  əhəmiyyət verilməsindən məlumatlıyam. Məncə, sülh razılaşması  bu planlara yalnız kömək edəcək”.

O'Brayen deyib ki, Vaşinqton "həbsdə olan bəzi şəxslərlə bağlı narahatlıqlarımızdan tutmuş ikitərəfli məsələlərə qədər" gündəmdə  olan bütün məsələləri hər iki ölkə ilə müzakirə etmək istəyir.

"İrəli getdikcə bizim çox dolğun bir gündəliyimiz olacaq. Ancaq bunların hamısı iki ölkə arasında davamlı  və ləyaqətli sülhü təşviq etmək çətiri altında mümkündür", sonda O'Brayen vurğulayıb.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT