Missiya heyətinin artırılması Aİ-nin regionda sülh və təhlükəsizliyə sadiqliyini göstərir: Ritter

Missiya heyətinin artırılması Aİ-nin regionda sülh və təhlükəsizliyə sadiqliyini göstərir: Ritter

Aİ-nin Ermənistandakı missiyasının üzvlərinin sayının 138-dən 209-a çatdırılması Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqi üçün əlavə imkanlar yaradacaq.

Bu barədə Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının rəhbəri Markus Ritter deyib.

"Missiya heyətinin artırılması Aİ-nin regionda sülh və təhlükəsizliyə sadiqliyini göstərir. Missiya indi yerlərdə daha çox patrul fəaliyyəti həyata keçirə biləcək. Nəticədə missiya təhlükəsizlik vəziyyətini daha yaxşı müşahidə etmək və hesabat vermək imkanı əldə edəcək, eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədinin Ermənistan tərəfində və münaqişədən zərər çəkmiş ərazilərdə insanların təhlükəsizliyinin təmin olunmasına köməklik göstərəcək”, - Ritter bildirib.

Qeyd edək ki, dekabrın 11-də Aİ Şurası Ermənistandakı mülki missiya üzvlərinin sayını 138-dən 209-a qədər artırmaq qərarı verib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT