Suren Papikyan kiprli həmkarına “Sülhün kəsişməsi” layihəsini təqdim edib

Suren Papikyan kiprli həmkarına “Sülhün kəsişməsi” layihəsini təqdim edib

Dekabrın 12-də Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın Kipr Respublikasına rəsmi səfəri Kipr Milli Qvardiyasının fəxri qarovulunun və hərbi orkestrinin iştirakı ilə təntənəli qarşılanma mərasimi ilə başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan sonra ER müdafiə naziri Suren Papikyanla Kiprin müdafiə naziri Mixalis Yorğalas arasında təkbətək söhbət olub, daha sonra geniş tərkibdə görüş keçirilib. Görüş zamanı müdafiə sahəsində erməni-kipr əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Tərəflər əməkdaşlığın hazırkı kursunu ümumiləşdirib və onun inkişafı üçün yeni imkanları müəyyən ediblər. Onlar müxtəlif sahələrdə təcrübə mübadiləsi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.  

Suren Papikyan həmkarına ER hökumətinin “Sülhün kəsişməsi” layihəsini də təqdim edib.

Görüşün sonunda iki ölkənin müdafiə nazirləri media üçün birgə bəyanatla çıxış ediblər və tam gündəmlə əməkdaşlığa hazır olduqlarını bir daha təsdiqləyiblər.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT