ER XİN rəsmi Bakının yeni eskalasiyaya təhrik etmək və sülh prosesini dalana dirəyə biləcək hərəkətlərini qətiyyətlə pisləyir

ER XİN rəsmi Bakının yeni eskalasiyaya təhrik etmək və sülh prosesini dalana dirəyə biləcək hərəkətlərini qətiyyətlə pisləyir

ER Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin yeni eskalasiyaya təhrik etmək, sülh prosesini ləngitmək və onu dalana dirəmək məqsədi daşıyan hərəkətlərini qətiyyətlə pisləyib.

Dekabrın 4-də Ermənistan-Azərbaycan sərhədində ER-in Vayots-Dzor rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Gerasim Arakelyanın Azərbaycan Silahlı Qüvvələrinin snayperi tərəfindən ölümcül yaralandığını qeyd edən ER XİN vurğulayıb ki, bu cür təxribatlar törətməklə və müxtəlif beynəlxalq aktorların danışıqları davam etdirmək təkliflərini davamlı olaraq rədd edən Azərbaycan tərəfi sülh prosesini ləngitməyə və onu dalana dirəməyə çalışır.

“Biz Azərbaycan tərəfinin yeni eskalasiyaya sövq etmək, sülh prosesini ləngitmək və onu dalana dirənmək məqsədi daşıyan bu hərəkətlərini qətiyyətlə pisləyirik”, – ER XİN-in bəyanatında deyilir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT