KTMT Birləşmiş Qərargahının yeni rəisi təyin edilib

KTMT Birləşmiş Qərargahının yeni rəisi təyin edilib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının yeni rəisi təyin edilib.Bu vəzifəyə Rusiya nümayəndəsi, general-polkovnik Andrey Serdyukov təyin olunub.

Andrey Serdyukov KTMT-nin Qazaxıstandakı sülhməramlı qüvvələrinin, 2016-cı il oktyabrından Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanıdır.

Serdyukov həmçinin, Suriyada 2019-cu ilin aprel-sentyabr aylarında Rusiya kontingentinə komandanlıq edib.

Qeyd edək ki, Serdyukova qədər KTMT-nin Birləşmiş Qərargahına Anatoli Sidorov rəhbərlik edib.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT