Ermənistan və İran arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə olunub

Ermənistan və İran arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə olunub

Ermənistanın Ərazi İdarə və İnfrastruktur Nazirliyində İran İslam Respublikasının Turizm və Avtomobil Federasiyasının icraçı direktoru Məhəmmədhüseyn Sufinin başçılıq etdiyi nümayəndə heyəti  ilə görüş keçirilib.  

Nazirliyin nümayəndələri qonaqları salamlayaraq Ermənistan və İran arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərini vurğulayaraq, bu görüşün də əlaqələrin möhkəmlənməsinə və daha da sıxlaşmasına təkan verəcəyinə ümidvar olduqlarını bildiriblər.

İranın Turizm və Avtomobil Federasiyasının icraçı direktoru qəbula görə təşəkkür edib və vurğulayıb ki, səfərin məqsədi iki ölkə arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ilə bağlı məsələləri müzakirə etməkdir. 

Qonaqlar öz yanaşmalarını təqdim edərək ümidvar olduqlarını bildiriblər ki, iki ölkə bir sıra beynəlxalq sənədləri ratifikasiya etməklə ölkəyə giriş və çıxış proseslərini asanlaşdıra biləcək.

Nazirliyin nümayəndələri ER hökumətinin bu sahədəki prioritetlərini təqdim edərək, Şimal-Cənub avtomobil yolu dəhlizinin investisiya layihəsinin strateji əhəmiyyətini vurğulayıblar. 

Görüş zamanı qarşılıqlı əhəmiyyət kəsb edən digər məsələlər də müzakirə olunub. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT