İsveç səfiri Ermənistanda faktaraşdırıcı missiyada olan Aİ rəsmilərini qəbul edib

İsveç səfiri Ermənistanda faktaraşdırıcı missiyada olan Aİ rəsmilərini qəbul edib

Dünən İsveç səfiri Patrik Svenson Ermənistanda faktaraşdırıcı missiyada olan Aİ rəsmilərini qəbul edib. Brüssel nümayəndə heyətinin səfərinin əsas məqsədi Aİ-nin Ermənistandakı missiyasının mandatının uzadılmasını nəzərə alaraq onun fəaliyyəti ilə daha dərindən tanış olmaq olub. Bu barədə İsveçin Yerevandakı səfirliyinin “Facebook” səhifəsində deyilir.

“Aİ-nin Ermənistandakı missiyasına yerli vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişədən təsirlənmiş ərazilərdə insan təhlükəsizliyinə töhfə vermək tapşırılıb ki, bu da öz növbəsində Ermənistan və Azərbaycan xalqları və mümkünsə, sonuncunun hakimiyyət orqanları arasında etimadın möhkəmlənməsinə kömək edəcək. Aİ missiyası Ermənistan ərazisində, Azərbaycanla həmsərhəd bir neçə bölgədə yerləşir. Onun fəaliyyəti Naxicevanın bir hissəsi də daxil olmaqla, Azərbaycanla bütün sərhədi əhatə edir”, - deyə bildirilir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT