Almaniya XİN başçısı Ermənistana və Azərbaycana səfər edəcək

Almaniya XİN başçısı Ermənistana və Azərbaycana səfər edəcək

Almaniya xarici işlər naziri Annalena Berbok Ermənistana və Azərbaycana səfər edəcək.

Bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə deyib.

Onun sözlərinə görə, səfər bu həftə baş tutacaq.

“Nazir cümə günü səhər Ermənistana səfər edəcək. O, əvvəlcə Yerevanda olacaq, erməni həmkarı Ararat Mirzoyanla görüşəcək”, XİN-in nümayəndəsi qeyd edib.

XİN rəsmisi diqqətə çatdırıb ki, almaniyalı nazir şənbə günü Azərbaycana yola düşəcək, onun Bakıda XİN rəhbəri Ceyhun Bayramovla danışıqları planlaşdırılır, eyni zamanda, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü də gözlənilir.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT