Buxarestdə ER və Rumıniya XİN-lərinin siyasi məsləhətləşmələri zamanı əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Buxarestdə ER və Rumıniya XİN-lərinin siyasi məsləhətləşmələri zamanı əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Oktyabrın 30-da Buxarestdə Ermənistan və Rumıniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Ermənistan nümayəndə heyətinə ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan, Rumıniya tərəfdən isə Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Julian Fota başçılıq edib.

Bu barədə məlumatı XİN yayıb.

Qeyd olunub ki, tərəflər Ermənistan-Rumıniya ikitərəfli gündəliyinin geniş spektrinə toxunublar. Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək müzakirə edilib.

Ermənistan Respublikası xarici işlər nazirinin müavini Azərbaycanın etnik təmizləmə siyasəti nəticəsində yaranmış humanitar vəziyyəti Rumıniya tərəfinə təqdim edib.

Məsləhətləşmələr zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəlikdəki bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Onlar Ermənistan və Aİ arasında genişlənmiş tərəfdaşlığa da toxonublar.

Rumıniyaya səfəri çərçivəsində xarici işlər nazirinin müavini bir çox görüşlər də keçirib. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT