Vahagn Xaçaturyan və Olivye Dkotini Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar

Vahagn Xaçaturyan və Olivye Dkotini Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar

ER prezidenti Vahagn Xaçaturyan Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini ilə görüşüb. 

Səfiri salamlayan prezident hazırkı reallıqlar kontekstində Ermənistana göstərdiyi dəstəyə görə Fransa hökuməti və xalqına təşəkkürünü bildirdi.

Səfir qəbula görə təşəkkür edib və son günlər Ermənistanın sərhədyanı rayonlarına səfərləri barədə təəssüratlarını təqdim edib.

Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının fəaliyyəti və onun mühüm rolu barədə fikir mübadiləsi aparılıb.

Hər iki tərəf Ermənistanda davam edən demokratik islahatların, eləcə də regionda sabit və davamlı sülhün bərqərar olmasının və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıb.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT