logo

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin “Eternity-2023” qərargah təlimi keçirilir

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin “Eternity-2023” qərargah təlimi keçirilir

Azərbaycanın Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.

Nəzəri və praktiki hissədən ibarət olan, üç ölkənin hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, eləcə də regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Təlim oktyabrın 6-dək davam edəcək.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT