Azərbaycan Dağlıq Qarabağa beynəlxalq müşahidə missiyasının göndərilməsinə razılıq verib: ABŞ Dövlət Departmenti

Azərbaycan Dağlıq Qarabağa beynəlxalq müşahidə missiyasının göndərilməsinə razılıq verib: ABŞ Dövlət Departmenti

Birləşmiş Ştatlar Azərbaycan hökumətinin Dağlıq Qarabağda beynəlxalq müşahidə missiyasına açıq olacağı ilə bağlı  mövqeyini alqışlayır. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller sentyabrın 27-də  keçirdiyi  btifinqdə bildirib.

“Bu, Katib Blinkenin birbaşa Prezident Əliyevi sövq etməyə çalışdığı bir şeydir və biz onun bununla razılaşdığını görməkdən məmnunuq”, - Miller deyib.

“Biz bu missiyanın necə görünəcəyini dəqiq müəyyən etmək üçün yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyəcəyik”.

Miller onu da qeyd edib ki, USAİD-in administratoru Samanta Pauer və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim hazırda Azərbaycandadırlar və orada dövlət katibinin dünən prezident Əliyevlə söhbətində qaldırdığı məsələləri müzakirə edirlər.

“Biz humanitar ehtiyacların qarşılanması üçün atəşkəsin qalmasını istəyirik. Bu, Laçın dəhlizinin açıq saxlanması və humanitar yüklərin gəlməsi mümkünlüyü deməkdir. Və bu, humanitar ehtiyacların ödənilməsini təmin edəcək beynəlxalq müşahidəçi missiyası deməkdir”, - Miller davam etdi.

Nəhayət, Millerin sözlərinə görə, Birləşmiş Ştatlar ləyaqətli və davamlı sülhün əldə oluna biləcəyi danışıqlar masasına qayıtmaq istəyir.

Sülh danışıqlarının vəziyyəti ilə bağlı sözçü deyib ki, bu aralarında ciddi fikir ayrılıqları olan iki tərəfdən asılıdır. Onlar  özləri razılığa gəlməlidirlər. "Onları irələliləməyə təkan vermək üçün əlimizdən gələni edə bilərik".

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT