İran və ABŞ arasında əsir mübadiləsi çərçivəsində İranın dondurulmuş 6 milyard dollarlıq aktivləri geri köşürülüb: Reuters

İran və ABŞ arasında əsir mübadiləsi çərçivəsində İranın dondurulmuş 6 milyard dollarlıq aktivləri geri köşürülüb: Reuters

Qətər səlahiyyətliləri İran və ABŞ-a Tehran və Vaşinqton arasında məhbus mübadiləsi sazişi çərçivəsində əvvəllər dondurulmuş 6 milyard dollarlıq İran aktivlərinin Dohadakı bank hesablarına köçürüldüyünü təsdiqləyib. Bu barədə Reuters agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.

Sentyabrın 16-da “Tasnim” xəbər agentliyi bildirib ki, Amerika sanksiyaları nəticəsində Cənubi Koreyada dondurulmuş İslam Respublikasının 6 milyard dollarlıq aktivləri İrana təhvil verildikdən sonra İran hakimiyyəti ABŞ-la əsir mübadiləsi həyata keçirəcək. Agentlik qeyd edib ki, köçürmə təsdiqləndikdən sonra Dohada “beşə beş” formasında məhbus mübadiləsi aparılmalıdır. 

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT