Laçın dəhlizinin dərhal açılmasını istəyirik: Miller

Laçın dəhlizinin dərhal açılmasını istəyirik: Miller

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı Qafqazda danışıqlar üzrə baş məsləhətçi Luis Bononun regional səfərinə toxunaraq qeyd edib ki, hələlik xüsusi yeniliklər yoxdur.

“O, həm qısamüddətli prioritetlə, yəni Laçın dəhlizinin yenidən açılması ilə məşğul olmaqda davam edir, həm də əlbəttə ki, bizim uzunmüddətli prioritetimizlə, mən bunu uzunmüddətli adlandırıram, lakin biz həqiqətən də ümumi məsələnin sülh yolu ilə mümkün olduğu qədər tez zamanda həllini istəyirik".

Bononun Bakıya da səfər edib-etməyəcəyi ilə bağlı suala Miller bu suala cavab verə bilməyəcəyini deyib. 

“Biz Laçın dəhlizinin dərhal açılmasını istəyirik. Biz bunu açıq şəkildə demişik. Dövlət katibi Blinken həm Ermənistan, həm də Azərbaycan liderləri ilə danışıb və biz Dağlıq Qarabağda həqiqətən də ağır humanitar vəziyyəti həll etmək üçün Laçın dəhlizinin dərhal açılmasını istəyirik”.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT