Bakı və Yerevan arasında gərginlik nəqliyyat əlaqələrinin açılmasına mənfi təsir edir։ Overçuk

Bakı və Yerevan arasında gərginlik  nəqliyyat əlaqələrinin açılmasına mənfi təsir edir։ Overçuk

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli işçi qrupunun danışıqları davam edir, lakin Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi bu fəaliyyətə mənfi təsir göstərir.

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirdi.

“Təbii ki, istənilən kəskinləşmələr həmişə işimizə mənfi təsir göstərir. Bizi ləngidir və yenidən müzakirəyə qayıdana qədər vaxt gedir. Danışıqlar durmayıb, davam edir”, - o bildirib.

Rusiya Baş nazirinin müavini  qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin yeni iclası münbit şərait yarananda baş tutacaq.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT