logo

BQXK Dağlıq Qarabağa humanitar yardımların çatdırılmasını bərpa etməyə çağırıb

BQXK Dağlıq Qarabağa humanitar yardımların çatdırılmasını bərpa etməyə çağırıb

Beynəlxalq Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağdakı ağır humanitar vəziyyətlə bağlı bəyanat yayıb.

“Sonuncu dərman tədarükü iyulun 7-də, ərzaq məhsullarının tədarükü isə iyunun 14-də olub. BQXK qərar qəbul edənləri kompromis tapmağa və təcili ehtiyac duyulan humanitar yardımların bərpasına imkan verməyə çağırır”, - deyə məlumatda bildirilir.

Komitədən xatırladılıb ki, BQXK Laçın dəhlizində artan humanitar ehtiyacları ödəmək üçün fəaliyyət göstərən yeganə humanitar təşkilat olaraq qalır.

BQXK həmçinin qeyd edib ki, onların vasitəsilə yüzlərlə xəstə müalicəsini davam etdirmək üçün Ermənistana aparılıb, Dağlıq Qarabağa tonlarla humanitar yardım daşınıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT