logo

Yunanıstanın Xİ naziri ilə telefon danışığında DQ-ın blokadasının götürülməsi istiqamətində konkret addımların atılmasının vacibliyini vurğuladım: Mirzoyan

Yunanıstanın Xİ naziri ilə telefon danışığında DQ-ın blokadasının götürülməsi istiqamətində konkret addımların atılmasının vacibliyini vurğuladım: Mirzoyan

Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritislə telefon danışığım olub, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özünün “Twitter” mikrobloqunda məlumat verib.

“Beynəlxalq tərəfdaşların məqsədyönlü müraciətlərini yüksək qiymətləndirərək, Azərbaycanın 8 aya yaxındır blokadada saxladığı Laçın dəhlizi ilə bağlı Beynəlxalq Ədalət Məhkəmənin göstərişlərinin yerinə yetirilməsi və Dağlıq Qarabağın tam blokadasına son qoymaq üçün konkret addımların atılmasının vacibliyini vurğuladım”, - deyə ER XİN rəhbəri yazıb.

O, həmçinin ikitərəfli tərəfdaşlıq, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətləri ilə bağlı fikir mübadiləsi apardıqlarını qeyd edib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT