logo

Artsax xalqı Azərbaycanın təhdidləri ilə üzləşməkdə qərarlıdır: Artsax parlamentinin sədri

Artsax xalqı Azərbaycanın təhdidləri ilə üzləşməkdə qərarlıdır: Artsax parlamentinin sədri

Artsax Respublikası parlamentinin sədri Artur Tovmasyan parlamentin növbəti iclasında çıxış edib.

Çıxış zamanı o qeyd edib ki, “2022-ci il dekabrın 12-dən Artsaxın Azərbaycan tərəfindən blokadaya alınmasından sonra 5 mart və 28 iyun tarixlərində faciəvi prosesə başladı.

İyunun 28-də saat 01:30-da Azərbaycan silahlı qüvvələrinin bölmələri Artsax mövqelərini və Martuni, Martakert hərbi obyektlərini artilleriya və PUA-lardan atəşə tutub. Azərbaycanlıların növbəti hücumu nəticəsində erməni tərəfində 4 itki var”.

O qeyd edib ki, Azərbaycan Artsax əhalisini nəinki qəsdən ac qoyur, həm də onu məhv olmaq həddinə çatdırıb, lakin  Artsax heç vaxt Azərbaycanın bir hissəsi olmayıb və olmayacaq: “Bununla bağlı hər hansı müzakirə bizim üçün qəbuledilməzdir. Bu, bizim qırmızı xəttimizdir, onu heç kimin pozmağa haqqı yoxdur.

ATƏT-in Minsk həmsədrləri və bu ölkələrin rəhbərləri başa düşməlidirlər ki, ölkəmizin Azərbaycana birləşdirilməsi Artsaxın əhalisinin dağıdılmasına gətirib çıxaracaq”,-deyə o əlavə edib ki, Artsax xalqı Azərbaycanın təhdidləri ilə üzləşməyə və öz vətənində ləyaqətlə yaşamağa qərarlıdır.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT