Bakının davranışı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır: Hripsime Qriqoryan

Bakının davranışı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır: Hripsime Qriqoryan

Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayıb. Sessiyanın əvvəlində Assambleya AŞPA Bürosunun “Laçin dəhlizi ilə azad və təhlükəsiz hərəkətin təmin edilməsi” məsələsi üzrə müzakirənin təşkili məsələsi ilə bağlı təklifini müzakirə edib. 

Ermənsitanın nümayəndə heyətinin üzvü Hripsime Grigoryan qeyd edib ki, bir neçə saat əvvəl Azərbaycan Ermənistanda tikilən metallurgiya zavodu istiqamətində yenidən atəş açıb.

”Diqqət yetirin ki, Dağlıq Qarabağda deyil, Ermənistanda. Cəmi bir həftə əvvəl, iyunun 13-də Azərbaycan tərəfi Ermənistanda xarici investisiyalarla tikilən zavodu atəşə tutub.  Bundan əvvəl zavodun tikintisi ilə bağlı Azərbaycanın erməni tərəfinə qarşı saxta ittihamlar irəli sürülüb.

Ermənistan bundan əvvəl bəyan edib ki, zavodun tikintisi beynəlxalq öhdəliklərinə tam uyğundur və Azərbaycanın yanlış narahatlığının sadəcə olaraq Ermənistanın iqtisadi inkişafına və xarici investisiyalara mane olmaq məqsədi daşıyır. Atışma nəticəsində tikintidə işləyən iki Hindistan vətəndaşı yaralanıb”,- o qeyd edib.  

Grigoryan qeyd edib ki, Azərbaycan açıq şəkildə Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, insan haqlarına və beynəlxalq hüquqa məhəl qoymur.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT