ABŞ Senatı bir ildir ABŞ-ın Azərbaycandakı səfirinin namizədliyinin təsdiq edilməsini ləngidir

ABŞ Senatı bir ildir ABŞ-ın Azərbaycandakı səfirinin namizədliyinin təsdiq edilməsini ləngidir

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Amerikanın Azərbaycana yeni səfir təyinatının gecikməsi ilə bağlı məsələyə münasibət bildirib.

M. Miller deyib ki, Dövlət Departamenti ötən ilin may ayında ABŞ Prezidenti Cozef Bayden tərəfindən namizədliyi irəli sürülən Mark Libbinin tezliklə təsdiqlənməsini dəstəkləyir:

“Biz namizədimizin tezliklə təsdiqlənməsini dəstəkləyirik. Bununla bağlı əlavə suallarınız varsa, yəqin ki, onları Kapitoliyə yönləndirməlisiniz”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb.

2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden Mark Libbi adlı diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb. Ancaq, bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə, həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT