logo

Alen Simonyan və Kaxa Kaxişvili regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş addımların vacibliyini vurğulayıblar

Alen Simonyan və Kaxa Kaxişvili regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş addımların vacibliyini vurğulayıblar

ER Parlamentinin sədri Alen Simonyan mayın 11-də Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsinin sədri Kaxa Kaxişvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki parlamentin birgə gündəliyinə daxil olan cari məsələlər müzakirə olunub.

Kaxa Kaxişvili iqtisadi və mədəni əlaqələri vurğulayaraq qeyd edib ki, Ermənistan və Gürcüstan rəsmilərinin üzərinə möhkəm qonşuluq əlaqələrinin təşviqi və inkişafı missiyası düşür.

Söhbət zamanı regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş addımların əhəmiyyəti vurğulanıb, Ermənistan və Gürcüstan arasında əlaqələrin yüksək səviyyədə olmasının Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində mühüm amillərdən biri olduğu bildirilib.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT