Kolomina Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda aparılan danışıqları alqışlayıb

Kolomina Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda aparılan danışıqları alqışlayıb

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda apardığı danışıqları alqışlayıb.

“Ermənistan və Azərbaycan arasında 4 gün davam edən konstruktiv danışıqlardan sonra sabit sülh sazişinin bağlanması istiqamətində nəzərəçarpacaq irəliləyişin əldə edildiyini eşitməyə şadıq. Danışıqların və dialoqun alternativi yoxdur. NATO iki tərəfdaşımız olan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır”, - Kolomina "Twitter" mikrobloqunda yazıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT