Müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandiri ilə görüşüb

Müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandiri ilə görüşüb

Aprelin 28-də ER müdafiə naziri Suren Papikyan Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı, general-polkovnik Aleksandr Lentsovu qəbul edib.

Görüşdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin, müdafiə məsələləri üzrə attaşe, polkovnik İqor Şerbakov və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin keçmiş komandanı, general-mayor Andrey Volkov iştirak ediblər. 

Tərəflər Dağlıq Qarabağ ətrafında və sülhməramlı qoşunların məsuliyyəti zonasında əməliyyat vəziyyəti və mövcud problemləri, Dağlıq Qarabağda Rusiy sülhməramlı missiyasının səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra məsələləri müzakirə ediblər.

Nazir 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərinin davamlı şəkildə həyata keçirilməsinin zəruriliyi və Laçin dəhlizinin tezliklə açılmasına yönəlmiş səylərin həyata keçirilməsinə əhəmiyyət verib.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT